“Yuventus” son 2 oyunda 7 qol buraxdı
“Yuventus” Seriya A-da çıxdığı son iki oyunda qol vurmadan 7 top buraxdı:
Yuventus 0➖4 Atalanta
Fiorentina 3➖0 Yuventus
90plus.az xəbər verir ki, bu gün İtaliya A Seriyasının 29-cu turunda qələbə sayəsində 8-ci pillədəki “Fiorentina” 5-ci sıradakı “Yuventus” ilə xal fərqini 4-ə endirdi:
Fiorentina 3 - 0 Yuventus
R. Gosens 15'
R. Mandragora 18'
A. Gudmundsson 53'
Qollar:
https://t.me/doxsanplus/99837
https://t.me/doxsanplus/99846
“Yuve” yanvarda İtaliya Superkubokunun yarımfinalında da məğlub oldu və indi Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır...
"Bu gecə biz "Yuventus"u çətin vəziyyətə saldıq. Sehrli bir gecə idi. Azarkeşlərimizə sevinc bəxş etdiyimiz üçün xoşbəxtik", - "Fiorentina"nın baş məşqçisi Raffaele Palladino
Motta isə jurnalistlərə açıqlamasında "Bu gün topa sahib olmağımıza və rəqiblərin ən kiçik şansda qol vurmasına baxmayaraq heç bir təhlükə yaratmadıq" dedi.
Son 2 məğlubiyyət haqda:
"Atalanta"ya qarşı 45 dəqiqə yaxşı oynadıq. Bu gün ilk qoldan sonra rəqibə çətinlik yaratmadan oyunu davam etdirdik. Bu çox üzücüdür".
© Copyright 2026, All Rights Reserved