Akçiçeyin maaşı 10 qata qalxır
"Fənərbağça" rəhbərliyi Yusuf Akçiçekin illik maaşını 1 milyon liradan 10 milyon liraya yüksəldəcək.
90plus.az xəbər verir ki, Joze Mourinyonun önəmli hesab etdiyi gənc müdafiəçinin müqaviləsi 2030-cu ilə qədər uzadılacaq.
Qeyd: Bu yaxınlarda "Mançester Yunayted", "Napoli", "Leypsiq" və "Atletiko Madrid" klublarının "Fənərbağça"lı 19 yaşlı futbolçunu izləmək üçün skautlarını göndərdiyi paylaşılıb. Mövsümün sonunda Yusifi satmağı düşünməyən rəhbərliyin futbolçusunu Çempionlar Liqası arenasında nümayiş etdirmək və ondan qat-qat yüksək transfer haqqı qarşılığında transfer etmək istədiyi deyilir.
📰: Sabah
© Copyright 2026, All Rights Reserved