"Ançelotti" Arda Güler haqda: “Realın gələcəyi üçün önəmlidir”
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqada "Selta Viqo" ilə keçiriləcək qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Arda Güler haqqında verdiyi açıqlamalarla gündəmə damğa vurub.
90plus.az xəbər verir ki, sezon boyunca türkiyəli futbolçuya az şans verməsi səbəbilə tənqid olunan italiyalı mütəxəssis Ardanın gələcək planlarında mühüm yer tutduğunu açıqlayıb. "O, keyfiyyətini göstərir, düşünürəm ki, gələcəkdə əla bir mərkəz yarımmüdafiəçi olacaq", – deyə Ançelotti bildirib.
Təcrübəli çalışdırıcı Ardanı tərifləməyə davam edərək, “Onun sahib olduğu keyfiyyətlərə malik çox az futbolçu var. Arda çox istedadlı və çalışqan bir oyunçudur,” – sözlərini əlavə edib.
Ançelotti Ardanın klubdakı gələcəyinə də toxunaraq 20 yaşlı futbolçunun "Real Madrid"in uzunmüddətli planlarında əsas rola sahib olduğunu bildirib:
“Arda Güler, 'Real Madrid'in gələcəyi üçün çox önəmli bir futbolçu olacaq.”
Qeyd: Arda Güler bu mövsüm zədələr və komanda içi rəqabət səbəbilə məhdud sayda oyun şansı əldə etsə də, az sayda matçda parlaq performansı ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved