Arda Turan "Qalatasaray"ı təriflədi
”Eyüpspor”un baş məşqçisi Arda Turan "Qalatasaray"ın hücum xətti haqqında danışıb.
90plus.az xəbər verir ki, dünən Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Eyüpspor"u məğlub etdi. Oyundan sonra sabiq "Qalatasaray"lı Arda Turan "Qalatasaray" haqqında danışdı:
”Osimhen çıxır, Morata girir. “Real Madrid”də belə hücum xətti yoxdur. “Qalatasaray” bu liqanın çox üstündədir”.
Qeyd: Arda Turan "Qalatasaray"ın yetirməsi sayılır və 2 dövrdə bu komandanın uğurları üçün tər töküb.
© Copyright 2026, All Rights Reserved