"Ay-ulduzlular" geridən gəlib ABŞ üzərində qələbə qazandı
90plus.az xəbər verir ki, ABŞ millisi oyuna üstün başlayaraq hesabı açdı. Qarşılaşmanın 1-ci dəqiqəsində MakGlin qol vuraraq komandasını önə keçirdi. Lakin Türkiyə millisi tez bir zamanda cavab verdi – 25-ci dəqiqədə Arda Gülerin, 27-ci dəqiqədə isə Kerem Aktürkoğlunun vurduğu qollarla geridən gəlib 2:1 hesablı qələbəyə imza atdı.
Matçın ikinci hissəsində Mustafa Eskihellaç meydana daxil olaraq ilk dəfə milli formanı geyindi.
ABŞ: Friz, Robinson, Riçards, Friman, Arfsten, MakGlin, Kardoso, Luna, Tillman, De La Torre, Acyemang
Türkiyə: Berke Özer, Zəki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Eren Elmalı, Orkun Kökçü, İsmayıl Yüksək, Oğuz Aydın, Kerem Aktürkoğlu, Arda Güler, Kenan Yıldız
© Copyright 2026, All Rights Reserved