Azərbaycanlı futbolçu Türkiyə klubunda davam edəcək
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni mövsümə də “Boluspor”da başlaya bilər.
90plus.az xəbər verir ki, Türkiyə klubu Vüsalın müqavilə müddətini uzatmağı planlaşdırır.
Belə ki, komandanın baş məşqçisi Yalçın Koşukavak futbolçudan məmnun olduğu üçün vəzifəsində qalacağı halda Vüsalı heyətində saxlamaq niyyətindədir.
29 yaşlı oyunçunun "Boluspor"la müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. O, bu kluba 11 yanvar 2024-cü ildən qoşulub.
© Copyright 2026, All Rights Reserved