Berdiyev: “Hakimlikdən qaynaqlanırdı”
Berdiyev: “Hakimlik barədə danışmaq istəmirəm… 3-cü qol oyunu həll etdi”.
90plus.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya 2:3 hesablı məğlubiyyətdən sonra oyunu sərt şəkildə şərh edib.
Təcrübəli mütəxəssis matçın ilk hissəsində komandasının zəif çıxış etdiyini etiraf edib:
“Birinci hissədə yaxşı oynamadıq. Hakimlik barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma sonda üçüncü qolu buraxdıq və bu, oyunu həll etdi”.
“Arxayınlıq varmı?” sualına cavab:
"Turan Tovuz" artıq avrokuboklara vəsiqəni təmin etsə də, Berdiyev komandada arxayınlıq ehtimalını tam istisna etməyib:
“Birinci hissədəki oyuna baxanda bunu demək olar. Amma ikinci hissədə reaksiyamız yaxşı idi. Əgər üçüncü qolu buraxmasaydıq, qələbə də qazana bilərdik”.
Müdafiədə problemlər:
Baş məşqçi müdafiədə gecikmələrə də toxunub və rəqibin aqressiv oyununu qeyd edib:
“Bəzi epizodlarda gecikirdik. İkinci topların qazanılmasında da problemlər oldu. Fasilədən sonra bu səhvləri düzəltdik”.
Hakimlik və transfer planı
Berdiyev oyunda aqressiyanın səbəblərindən birinin hakimlik ola biləcəyini də vurğulayıb:
“Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı”.
Transfer planlarına gəldikdə isə o, hələ yekun qərarın olmadığını bildirib:
“Axtarışlar davam edir. Hələ yekun nəticə yoxdur. Nə qədər oyunçu gələcəyi tapacağımız keyfiyyətdən asılı olacaq”.
© Copyright 2026, All Rights Reserved