"Beşiktaş" futbolçusu ilə yolları ayırdı
"Beşiktaş" klubu müdafiəçi Artur Masuakuyla yollarını ayırıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan məlumatda 31 yaşlı sol cinah müdafiəçisinə təşəkkür edilib:
“2022/2023 mövsümündə Futbol A komandamıza qoşulan, 2023/2024 mövsümündə qazandığımız Türkiyə Kuboku və ardından əldə etdiyimiz Superkubokda pay sahibi olan Artur Masuaku ilə yollarımızı ayırmışıq. Ona klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, karyerasının davamında uğurlar arzulayırıq”.
Qeyd: Təcrübəli konqolu futbolçu "Beşiktaş" forması ilə 3 mövsümdə ümumilikdə 108 oyunda meydana çıxıb və 3 qol vurub.
© Copyright 2026, All Rights Reserved