"Beşiktaş" futbolçusu ilə yolları ayırdı
Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Şer Ndurla yollarını ayırıb.
"Qara qartallar" italiyalı yarımmüdafiəçinin icarə müqaviləsini vaxtından əvvəl ləğv edib. Klubun yaxın zamanda rəsmi açıqlama verməsi gözlənilir.
Xatırlatma: "Beşiktaş" Şer Nduru yay transfer pəncərəsində PSJ-dən bir mövsümlük icarəyə götürmüşdü. 20 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 22 rəsmi oyunda iştirak edərək 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə: Türkiyə mediası
© Copyright 2026, All Rights Reserved