"Beşiktaş" kapitanı ilə "nikah təzələdi"
"Beşiktaş" klubunun futbolçusu Necip Uysal yeni anlaşmaya rəsmən imza atıb.
90plus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə razılaşma 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
N.Uysal 2008-2009 mövsümündən bəri "Beşiktaş"ın şərəfini qoruyur. Komandanın kapitanı olan futbolçu İstanbul təmsilçisi ilə 4 dəfə Superliqada, 4 dəfə ölkə kubokunda, 2 dəfə isə Türkiyə Superkubokunda çempionluq sevinci yaşayıb.
ƏLAVƏ: "Qara Qartallar" bu gün 17 yaşlı hücumçu Mustafa Erhan Hekimoğlu ilə də müqavilə bağlayıb.
© Copyright 2026, All Rights Reserved