"Beşiktaş" kolumbiyalı futbolçu transfer edir
"Beşiktaş" klubu Kolumbiyanın "La Ekvidad" komandasında çıxış edən yarımmüdafiəçi Elan Rikardo ilə razılığa gəldiyini açıqlayıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytında transferlə bağlı yayılan məlumatda belə qeyd olunub:
"Klubumuz, 'La Ekvidad'da çıxış edən Elan Rikardonun transferi üçün futbolçu və klubu ilə prinsipial razılığa gəlib. Elan Rikardo sabah (11 fevral) tibbi müayinədən keçmək və transfer prosesini yekunlaşdırmaq üçün İstanbula gələcək."
Futbolçunun daşıdığı təyyarənin Türkiyə vaxtı ilə səhər saat 4:10-da İstanbul Hava Limanının beynəlxalq terminalında olacağı bildirilir.
Qeyd: Elan Rikardo 20 fevral 2004-cü ildə Kolumbiyada anadan olub. 184 sm boya malik yarımmüdafiəçi "La Ekvidad"ın gənclər akademiyasında yetişərək əsas komandada çıxış etməyə başlayıb.
20 yaşlı futbolçu cari mövsümdə üç oyunda iştirak edib və 211 dəqiqəlik oyun vaxtında bir qol vurmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved