"Beşiktaş" liviyalını icarəyə verdi
"Beşiktaş" yarımmüdafiəçisi Moatasem Əl-Musratini icarəyə verib.
90plus.az xəbər verir ki, liviyalı dayaq yarımmüdafiəçisi karyerasını "Monako" klubunda davam etdirəcək. Onun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd: 28 yaşlı futbolçu karyerasının böyük hissəsini "Braqa"da keçirib və burada 151 oyunda 15 qol vurub.
Cari mövsümdə isə Əl-Musrati "Beşiktaş"ın heyətində 25 matçda iştirak edib və 2 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved