"Beşiktaş" yarımmüdafiəçisi ilə ayrıldı
Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib.
99plus.az xəbər verir ki, İstanbul təmsilçisi Şer Ndurla yollarını ayırıb.
İtaliyalı yarımmüdafiəçinin icarə müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Xatırlatma: "Beşiktaş" Şer Nduru mövsümün əvvəlində PSJ-dən icarəyə götürmüşdü. 20 yaşlı futbolçu "qara qartallar"ın heyətində çıxış etdiyi 22 rəsmi oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved