"Beşiktaş"ın futbolçusuna Rusiyada tələb var
"Zenit" "Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeşi transfer etmək istəyir.
90plus.az xəbər verir ki, Sankt-Peterburq klubu portuqaliyalı futbolçu üçün 15 milyon avro təklif edib. Lakin İstanbul klubu Fernandeşi 20 milyon avrodan aşağı qiymətə satmağa razı deyil.
Ötən yay "Zenit" 26 yaşlı Fernandeş üçün 17 milyon, qazaxıstanlı yarımmüdafiəçi Bəxtiyor Zaynutdinov üçün isə 7 milyon avro təklif etmişdi, amma İstanbul nəhəngi bu təkliflərə müsbət cavab verməyib.
Mənbə: Sabah
© Copyright 2026, All Rights Reserved