"Beşiktaş"ın vunderkidi ispanların marağında
"Beşiktaş" və Türkiyə yığmasının hücumçusu Semih Kılıçsoy bu yaxınlarda legioner karyerasına başlaya bilər.
90plus.az xəbər verir ki, 19 yaşlı forvarda ölkə xaricindən bir çox təklif var. Lakin onun İspaniyaya transfer olunmaq ehtimalı daha yüksək qiymətləndirilir. "Vilyarreal" gənc futbolçunun keçidi üçün artıq rəsmi addım atıb.
Türkiyə klubu isə onu 15 milyon avro qarşılığında satmağı planlaşdırır.
Qeyd: Kılıçsoyun İstanbul təmsilçisi ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved