"Boka Xuniors" "Qalatasaray"ın futbolçusuna "elçi düşdü"
"Boka Xuniors" Lukas Torreira transferi üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, "Boka Xuniors" "Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreiranı transfer etmək üçün səylərini artırıb.
Futbolçu özü də Cənubi Amerikaya qayıtmağa yaxın olduğunu bildirib. Torreira açıqlamasında "Cənubi Amerikaya dönüşüm getdikcə yaxınlaşır. Mən də belə hiss edirəm...” sözlərini deyib.
29 yaşlı futbolçu bu mövsüm Galatasaray forması ilə 32 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transferlə bağlı danışıqların yaxın günlərdə daha da dəqiqləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved