Edin Dzeko "Fənərbağça"nı tərk edir
"Fənərbağça"nın hücumçusu Edin Dzekonun mövsümün sonunda klubdan ayrılacağı iddia edilir.
90plus.az xəbər verir ki, futbolçunun başqa kluba transfer olunması mümkündür. Türkiyə mediasının məlumatına görə, "Fənərbağça" daxilində bəzi dairələr isə Dzekonu daha bir mövsüm komandada saxlamaq istəyir.
Təcrübəli forvardın bu mövsümdə sərgilədiyi yüksək performans diqqət çəkib. Mövsümün əvvəlində onun komandadan göndərilməsi gündəmdə olsa da, Joze Mourinyonun ona şans verməsi nəticəsində Dzeko gözləntiləri doğruldub.
Qeyd: Edin Dzeko bu mövsüm "Fənərbağça"nın heyətində 21 liqa oyununda 12 qol vurub və 2 assist edib. Ümumilikdə isə 33 matçda 18 qol və 5 məhsuldar ötürmə ilə komandasına 23 qolluq töhfə verib.
© Copyright 2026, All Rights Reserved