Burak Yılmaz İstanbul klubunda baş məşqçi oldu
Türkiyə Super Liqasında 25 xalla 12-ci sırada yer alan "Kasımpaşa" yeni baş məşqçisini müəyyənləşdirdi.
90plus.az xəbər verir ki, Hakan Keleş ilə yollarını ayıran İstanbul klubunda prezident Fatih Saraç keçirdiyi görüşlər nəticəsində Burak Yılmaz ilə razılığa gəlib. Gənc mütəxəssis rəsmi müqaviləni imzaladı.
BURAK YILMAZIN MƏŞQÇİLİK KARYERASI
Məşqçilik karyerasına "Beşiktaş"da başlayan Burak Yılmaz Şenol Güneşin ayrılmasından sonra müvəqqəti olaraq komandanın başına keçmişdi. "Beşiktaş"ı 5 oyuna çıxaran Yılmaz daha sonra "Kayserispor" ilə razılığa gələrək yeni bir macəraya başlamışdı. Lakin, 30 sentyabr 2024-cü ildə "Kayserispor"dakı vəzifəsindən də ayrılmışdı.
© Copyright 2026, All Rights Reserved