Çexiyanın çalışdırıcısı: “26 şans öz sözünü deyir”
Çexiya millisinin çalışdırıcısı İvan Haşek Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Gürcüstan ilə heç-heçə etdikləri (1:1) oyun barədə danışıb.
90plus.az xəbər verir ki,Haşek bunları söyləyib:
"Gürcüstan millisini və onun baş məşqçisi Villi Sanyolu xal qazanmaları münasibətilə təbrik edirəm. Düşünürəm ki, hər iki komanda azarkeşlərin xoşuna gələn möhtəşəm oyun nümayiş etdirdi. Əla atmosfer var idi. Oyunda üstünlük təşkil etdik, lakin ikinci qolu vura bilmədik. 26 şans öz sözünü deyir. Amma etiraf etməliyik ki, son dəqiqədə əks-hücumdan sonra rəqib şansından istifadə etmədiyi üçün sevindik”.
Qeyd: F qrupunda hazırkı vəziyyət:
© Copyright 2026, All Rights Reserved