Coşqun salam deyən kimi dubl edib!
Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev yeni komandası "Çorum"da ilk oyununda dubl edib.
90plus.az xəbər verir ki, o, Türkiyə 1-ci Liqasının 24-cü turunda keçirilən qarşılaşmada iki qol vuraraq komandasına qələbə qazandırıb.
Bir neçə gün əvvəl "Bandırmaspor"dan "Çorum"a transfer olunan yarımmüdafiəçi oyunun 14-cü dəqiqəsində hesabı açıb. Fasilədən sonra isə növbəti qolu vuraraq komandasının "Yeni Malatyaspor" üzərində 2:0 hesablı qələbəsində əsas pay sahibi olub.
Coşqunun qolları: https://t.me/doxsanplus/97742
Qeyd: Bu nəticə ilə "Çorum" 24 turdan sonra xalını 38-ə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Coşqun Diniyevin debütü azarkeşlər və klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
© Copyright 2026, All Rights Reserved