"Fənərbağça" baş məşqçi postuna sabiq "Qalatasaray"lını gətirir
"Fənərbağça" klubunun yeni baş məşqçisi kimi keçmiş "Qalatasaray" futbolçusu Arda Turanın adı hallanır.
90plus.az xəbər verir ki, klubun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun yerinə Arda Turanı baş məşqçi postuna gətirməyi planlaşdırır.
O, hal-hazırda "Eyüpspor"un sükanı arxasında olan 38 yaşlı mütəxəssisin namizədliyini klub rəhbərliyinə təqdim edib.
Qeyd: Arda Turan daha əvvəl verdiyi açıqlamalarda və keçirdiyi mətbuat konfranslarında yalnız "Qalatasaray"ı çalışdırmaq istədiyini bildirmişdi.
Xatırlatma: Arda Turan 2005–2011 və 2020–2022-ci illərdə "Qalatasaray"da forma geyinib. O, məşqçilik karyerasına 2023-cü ildən başlayıb və bu müddətdə yalnız "Eyüpspor" klubuna rəhbərlik edib. Hazırda komanda Türkiyə Super Liqasında 50 xalla 6-cı yerdədir.
© Copyright 2026, All Rights Reserved