“Fənərbağça” Ceydon Şançonu alır
”Fənərbağça” Ceydon Sanço ilə maraqlanır!
90plus.az xəbər verir ki, “Sarı-göylər” 25 yaşlı futbolçunun transfer şərtlərini öyrəniblər.
"Napoli” klubu da ingilis vingerlə danışıqlar aparır. Lakin futbolçunun tələb etdiyi maaş İtaliya klubu üçün olduqca yüksək qiymətləndirilib. Əgər oyunçu maaşında endirim etməsə, “Napoli” yeni addım atmayacaq.
Sanço ötən mövsüm "Mançester Yunayted"dən icarəyə keçdiyi "Çelsi"nin heyətində 41 oyuna çıxaraq 5 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda bazar dəyəri: 28 milyon avro
📰: Yağız Sabuncuoğlu
© Copyright 2026, All Rights Reserved