"Fənərbağça" futbolçusu ilə yolları ayırır
"Fənərbağça"nın oyunçusu Cenk Tosun Yaponiyanın "Urava Red Diamonds" klubunun transfer siyahısında yer alır. 33 yaşlı futbolçu ilə bağlı ilkin əlaqələrin qurulduğu və tərəflər arasında danışıqların davam etdiyi məlum olub.
90plus.az xəbər verir ki, Yaponiya klubu Cenk Tosunun transferi üçün danışıqlara başlayıb və hazırda müzakirələr aparılır.
Cenk Tosunun Yaponiyaya keçidi üçün maliyyə məsələlərinin həll edilməsi lazımdır. Cari mövsümdə "Fənərbağça" forması ilə 17 oyuna çıxan futbolçu 2 dəfə fərqlənib və 1 qol ötürməsi edib. Yaponiyada transfer dövrü martın 26-da başa çatacaq.
© Copyright 2026, All Rights Reserved