"Fənərbağça"nın daha bir serbi almaq niyyəti var
"Fənərbağça" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
90plus.az xəbər verir ki, İstanbul klubu "Srvena Zvezda"nın futbolçusu Oqnem Mimoviçi transfer etməyə çox yaxınlaşıb.
"Fənərbağça" serbiyalı sağ cinah müdafiəçisi ilə şəxsi razılıq əldə edib. Klublar arasında anlaşma baş tutarsa, 20 yaşlı futbolçu yaxın günlərdə Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd: "Srvena Zvezda" Mimoviçi 2020-ci ilin avqustunda "Metalats" akademiyasından transfer edib. Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad klubunun heyətində keçirdiyi 18 rəsmi matçda 1 qol vurub və 2 assist edib. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Mənbə: Yağız Sabuncuoğlu
© Copyright 2026, All Rights Reserved