“Fənərbağça” indi onu nişan alıb
“Fənərbağça” “Napoli”nin yarımmüdafiəçisi Zambo Anquissanı heyətinə qatmaq istəyir.
90plus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu “Napoli”nin kamerunlu yarımmüdafiəçisi Andre-Frank Zambo Anquissanın transferi ilə maraqlanır. Bu barədə “DAZN” məlumat yayıb.
İstanbul klubu yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək istəyir və 29 yaşlı futbolçunu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. “Napoli” isə Anquissanı asanlıqla buraxmaq fikrində deyil və futbolçunun qiymətini 30 milyon avro olaraq müəyyənləşdirib.
Anquissa 2022-ci ildə “Fulhem”dən “Napoli”yə birdəfəlik keçdikdən sonra əsas heyət oyunçusuna çevrilib. O, klubla 2027-ci ilə qədər müqaviləyə malikdir və son mövsümlərdə komandanın əsas dayaqlarından biri olub.
Buna baxmayaraq, A seriyası təmsilçisi gələcək mövsüm üçün heyətdə dəyişikliklər etməyi planlaşdırdığı üçün uyğun təklif daxil olacağı təqdirdə kamerunlunu satmağa hazırdır.
Zambo Anquissaya “Əl-Qüdsiyyə” (Səudiyyə Ərəbistanı) və “Beşiktaş” kimi klublar da maraq göstərir.
© Copyright 2026, All Rights Reserved