“Fənərbağça” mövsümü qələbə ilə tamamladı
“Super Liqa”nın 38-ci və son turunda “Fənərbağça” doğma meydanda “Konyaspor”u qəbul etdi. “Ülker” stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı.
90plus.az xəbər verir ki, oyunun 4-cü dəqiqəsində qonaqlar – “Konyaspor” Melih Bostanın qolu ilə önə keçdi. Lakin ikinci hissədə təşəbbüsü ələ alan “Fənərbağça” İrfan Can Kahveci və En-Nesirinin (En Nesyri) vurduğu qollarla oyunu əleyhinə çevirməyi bacardı.
Bu nəticə ilə “Fənərbağça” mövsümü 84 xalla başa vurdu. “Konyaspor” isə 46 xalla turnir cədvəlində orta sıralarda qərarlaşdı.
© Copyright 2026, All Rights Reserved