"Fənərbağça" müdafiəçisini itirdi
"Fənərbağça" ciddi itki ilə qarşılaşıb.
90plus.az xəbər verir ki, Çağlar Söyüncü zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli müdafiəçi Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"ə qarşı ilk oyunda ayaq əzələsindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisi təxminən bir ay meydandan kənarda qalacaq.
Qeyd: Çağlar Söyüncü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 33 rəsmi matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved