"Fənərbağça"da gözlənilməz ayrılıq
Türkiyənin "Fənərbağça" klubunda gözlənilməz ayrılıq baş verib. Klubun idman direktoru Mario Branko ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
90plus.az xəbər verir ki, Brankonun ayrılığı "Fənərbağça" rəhbərliyi tərəfindən rəsmən təsdiqlənib. Onun yerinə təyin olunacaq şəxs də artıq bəllidir.
Gözlənilməz qərar – Branko gedir
Portuqaliyalı funksioner klubda üç mövsüm fəaliyyət göstərib. O, Jorje Jesusun baş məşqçi olduğu dövrdə "Fənərbağça"da işə başlayıb və sonradan idman direktoru vəzifəsinə gətirilib. Xüsusilə Jose Mourinyonun komandaya baş məşqçi təyin olunmasından sonra transfer məsələlərində daha fəal rol oynayan Brankonun ayrılığı sürpriz kimi dəyərləndirilib.
Yeni ad: Okan Özkan
"Sports Digitale"in yaydığı məlumata görə, "Fənərbağça"nın yeni idman direktoru Okan Özkan olacaq. Klub rəhbərliyi Devin Özəkə isə köməkçi vəzifəsi təklif edib.
Brankonun yeni ünvanı?
Məlumata əsasən, Mario Branko ərəb ölkələrindən aldığı təklifləri dəyərləndirir və yaxın günlərdə yeni klubu ilə müqavilə imzalaya bilər.
© Copyright 2026, All Rights Reserved