"Fənərbağça"da kadr islahatı - "Bayer"dən transfer
"Fənərbağça" klubu futbol idarəçiliyində yeni bir struktur dəyişikliyi həyata keçirib.
90plus.az xəbər verir ki, idman direktoru vəzifəsini icra edən Mario Branko ilə yollarını ayıran İstanbul təmsilçisi yeni futbol direktoru və futbol koordinatorunu rəsmən açıqlayıb.
Klubun yaydığı rəsmi məlumatda deyilir:
"Futbol Şöbəmiz yenidən qurulur. Klubumuz Futbol A Komandasının daha səmərəli və effektiv idarə olunması məqsədilə yenidənqurma prosesini həyata keçirmişdir. Bu çərçivədə, Alman futbolunun yüksələn adlarından biri olan və "Bayer 04 Leverkuzen"in çempionluğa çatdığı, Avropa futbolunda parladığı tarixi mövsümdə mühüm rol oynayan Devin Özek "Fənərbağça" Futbol Direktoru vəzifəsinə təyin edilmişdir.
Yeddi ildən artıqdır klubumuzda müxtəlif sahələrdə fəaliyyət göstərən və son iki mövsümdə İdman Direktoru Köməkçisi olan Okan Özkan isə Futbol Koordinatoru vəzifəsinə gətirilmişdir. Hər iki şəxs Futbol Şöbəsi daxilində birlikdə çalışacaq. Cənab Devin Özekə böyük "Fənərbağça" ailəsinə xoş gəldin deyir, həm ona, həm də uzun illərdir bu ailənin üzvü olan cənab Okan Özkana yeni vəzifələrində uğurlar arzulayırıq. Məlumat ictimaiyyətin diqqətinə təqdim olunur."
Devin Özek (ən solda)
© Copyright 2026, All Rights Reserved