"Fənərbağça"da müzakirə olunan Mourinyoya təklif var
"Fənərbağça" klubunda Joze Mourinyonun gələcək taleyi gündəmdə olduğu bir vaxtda, portuqaliyalı mütəxəssisə Səudiyyə Ərəbistanından cəlbedici bir təklif gəlib.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandası təcrübəli məşqçiyə illik 50 milyon avro dəyərində əmək haqqı təklif edib.
Əgər Mourinyo bu təklifi qəbul etsə, "Fənərbağça" onun müqaviləsi ilə bağlı ehtimal olunan təzminat öhdəliyindən xilas olacaq.
Qeyd: Portuqaliyalı mütəxəssisin İstanbul klubuyla müqaviləsi 2026-cı ilin iyununda sona çatır.
© Copyright 2026, All Rights Reserved