“Fənərbağça”nın direktoru Con Duran üçün Kolumbiyada!
“Fənərbağça”dan sürpriz hücumçu gedişi – Kolumbiyaya nümayəndə göndərildi.
90plus.az xəbər verir ki, “Fənərbağça” yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün əsas namizədini müəyyənləşdirib. Klub hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən kolumbiyalı hücumçu Con Duranı transfer etmək üçün hərəkətə keçib.
Türkiyə mediasında yer alan məlumata görə, “Fənərbağça”nın futbol direktoru Devin Özek oyunçunu razı salmaq və birbaşa danışıqlar aparmaq məqsədilə Kolumbiyaya yollanıb.
Qeyd: Con Duran 2024-cü ilin yanvarında “Əl-Nəsr”ə transfer olunmuşdu və Səudiyyə klubu onun üçün tam 77 milyon avro transfer haqqı ödəmişdi.
Kolumbiyalı forvard “Fənərbağça”nın transfer siyahısında hücumçular arasında birinci yerdə göstərilir. Klub rəhbərliyi bu transferi yaxın günlərdə həll etməyi qarşısına məqsəd qoyub.
© Copyright 2026, All Rights Reserved