“Fənərbağça”nın futbolçusu zəlzələ qurbanlarından üzr istədi
“Fənərbağça”nın futbolçusu İrfan Can Eğribayat: "Zəlzələ ilə bağlı dediklərimin yanlış anlaşılmasına imkan verməyəcəyəm".
90plus.az xəbər verir ki, bu gün Superliqanın 33-cü həftəsində "Qaziantep"i 3:1 hesabı ilə məğlub edən “Fənərbağça”nın futbolçusu İrfan Can Eğribayat oyunsonrası açıqlamalarından sonra sosial media hesabından anlaşılmazlıq olduğunu bildirib.
Məsələnin əsli:
Matçdan sonra açıqlamalar verən İrfan Can Eğribayatın sözləri:
"Başqa şeydən başlamaq istərdim. Zəlzələ zamanı Antepə kömək etməyə çalışdıq, ağrılarını eynilə yaşamağa çalışdıq. İsinmədə su istədilər, verdim.
Vurduğumuz qola sevindim deyə bütün stadion, qapı arxasında qışqırdılar, ata-ana-bacı söyüşləri, bu xoş deyil. Söyüşə qədəd qışqırıqlara heç bir reaksiya göstərmədim. Qollarda sevindim, daha da üstümə gəldilər
N'Diaye matçdan sonra kürəyimə dirsəyini vurdu, gələn həftə Beşiktaş matçı var deyə, heç bir qarşılıq verə bilmirəm. onun haranın futbolçusu olduğunu çox yaxşı bilirəm. Əvvəlcə insan olsun".
Bu açıqlamalardan sonra reaksiya alan Eğribayat sosial media hesabında etdiyi paylaşımda səhv başa düşüldüyünü bildirib:
"Zəlzələ ilə bağlı dediklərimin yanlış anlaşılmasına imkan verməyəcəyəm. Mənim ailəm də zəlzələ qurbanıdır. Açıqlamamda demək istədiyim zəlzələ zamanı yaşadığımız birliyi vurğulamaq idi. Yanlış başa düşüldüyüm üçün bütün zəlzələ qurbanlarından üzr istəyirəm".
© Copyright 2026, All Rights Reserved