Hakim Ziyeş “Əl-Duhail”dən ayrıldı – 4 ay davam edən macəra başa çatdı
Qış transfer dönəmində “Qalatasaray”dan ayrılaraq Qətərin “Əl-Duhail” klubuna keçən Hakim Ziyeşin Yaxın Şərq macərası başa çatıb. Klub rəsmi açıqlama yayaraq mərakeşli futbolçu ilə yolların ayrıldığını bildirib.
90plus.az xəbər verir ki, “Əl-Duhail” yayımladığı açıqlamada Ziyeşə xidmətlərinə görə təşəkkür edib.
Ziyeş Qətər təmsilçisinin heyətində cəmi 11 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Əl-Duhail”dəki fəaliyyəti cəmi 4 ay davam edib.
Qeyd: Hakim Ziyeş “Qalatasaray”da 1.5 mövsüm çıxış etmiş, ümumilikdə 34 oyunda 8 qol və 5 assist ilə komandasına dəstək vermişdi.
© Copyright 2026, All Rights Reserved