İkardi "Qalatasaray"dan getməyi düşünür
"Qalatasaray"ın forvardı Mauro İkardinin komandadan ayrılması danışılır.
90plus.az xəbər verir ki, tanınmış futbolçu mövsüm başa çatdıqdan sonra İstanbul təmsilçisindən gedə biləcəyini nəzərdən keçirir.
Avropanın bir neçə klubu İkardinin xidmətində maraqlıdır. "Fiorentina", "Atalanta", "Real Sosyedad", "Jirona" və "Vilyarreal" argentinalı hücumçunu transfer etmək istəyir.
Xatırlatma: Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"ın şərəfini qoruyur. 31 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 14 rəsmi oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, uzun müddətdir ki, zədə səbəbindən meydandan kənarda qalıb.
© Copyright 2026, All Rights Reserved