İkardi sevgilisi ilə İstanbula döndü
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi zədəsini sağaldaraq bu gün İstanbula qayıdıb.
90plus.az xəbər verir ki, "Qalatasaray"da aldığı zədə səbəbindən uzun müddətdir meydanlardan uzaq olan və müalicəsini ölkəsində davam etdirən Mauro İkardi İstanbul Hava Limanında görünüb.
İkardinin yeni sevgilisi Çina Suarez də onunla birgə İstanbula gəlib.
Hücumçu bundan sonra müalicəsini İstanbulda davam etdirəcək.
Qeyd: 31 yaşlı argentinalı hücumçu bu mövsüm "Qalatasaray"ın heyətində 14 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mauro İkardinin "Qalatasaray"la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq. Ulduz futbolçunun hazırda bazar dəyəri 13 milyon avrodur.
© Copyright 2026, All Rights Reserved