İlkay Gündoğan “Qalatasaray”da
“Qalatasaray” İlkay Gündoğanla razılığa gəldi.
90plus.az xəbər verir ki, “Qalatasaray” təcrübəli yarımmüdafiəçi İlkay Gündoğanla şəxsi razılıq əldə edib. 34 yaşlı alman futbolçu Türkiyə klubuna keçməyə razılıq verib.
Lakin bu razılaşma transferin tam baş tutması üçün kifayət deyil.
Gündoğanın müqaviləsi hazırda “Mançester Siti” ilə davam edir və 2026-cı ilin yayına qədər qüvvədədir. “Qalatasaray” İngiltərə klubuyla danışıqlar aparmalıdır.
Fransanın “L’Equipe” nəşri yazır ki, “şəhərlilər”in Gündoğanı sərbəst buraxması da mümkündür.
Transfer baş tutacağı təqdirdə, Gündoğan 1990-cı il təvəllüdlü olmasına baxmayaraq, yüksək təcrübəsi ilə “Qalatasaray”a ciddi güc qata bilər.
© Copyright 2026, All Rights Reserved