İlkay Gündoğan uşaqlıq komandasına keçmək istəyir
"Mançester Siti"nin "Portu"dan ispan yarımmüdafiəçisi Niko Qonzalesi transfer etməsindən sonra İlkay Gündoğanın komandadan ayrılacağı iddia olunur.
90plus.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu təcrübəli futbolçunu transfer etmək üçün fəaliyyətə başlayıb. İstanbul təmsilçisi Gündoğanı heyətinə qatmaqda israrlıdır.
"Qalatasaray" daha əvvəl də futbolçunu transfer etməyə çalışsa da, bu cəhd uğursuz olub.
Mənbə: Tgrthaber
Xatırlatma: İlkay Gündoğan uşaq vaxtlarından azarkeşi olduğu "Qalatasaray"da oynamaq arzusunu ifadə etmişdi. Onun "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bu mövsüm 31 matçda forma geyinən Gündoğan 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved