“İnter” Alper Yılmaz üçün RƏSMİ təklif göndərdi
“İnter” Barış Alper Yılmaz üçün rəsmi təklif göndərdi – “Qalatasaray” 35 milyon avro tələb edir.
90plus.az xəbər verir ki, İtaliyanın nəhəng klubu “İnter” Türkiyə millisinin və “Qalatasaray”ın cinah oyunçusu Barış Alper Yılmazın transferi üçün rəsmi təklif göndərib. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Qalatasaray” rəhbərliyi 25 yaşlı futbolçu üçün minimum 35 milyon avro gəlir əldə etmək niyyətindədir. İstanbul təmsilçisi oyunçunun transferi ilə bağlı danışıqlara açıq olsa da, bu məbləğdən aşağı təklifləri dəyərləndirməyəcək.
Barış Alper Yılmaz 2024/25 mövsümündə 48 oyuna çıxaraq 14 qol və 6 assistlə yadda qalıb. Onun hər iki cinahda və hücumun mərkəzində oynamaq bacarığı, xüsusilə də fiziki hazırlığı və pressinqdə fəallığı “İnter”in diqqətini cəlb edib.
Qeyd: “İnter” son mövsümdə həm A Seriyasında ikincilik, həm də Çempionlar Liqasının finalında iştirak kimi nəticələrlə yadda qalıb və heyətini gücləndirmək üçün axtarışlara başlayıb.
Transferlə bağlı danışıqların qarşıdakı günlərdə intensivləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved