İstanbul derbisinə xarici hakim - RƏSMİ
Türkiyə Superliqasının 23-cü turunda "Qalatasaray" və "Fənərbağça" arasındakı derbi qarşılaşmasını xarici hakim idarə edəcək.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu bu gün təşkil olunan mətbuat konfransında açıqlama verib. O, baş hakimin kimliyini açıqlamasa da, tanınmış bir referinin təyin ediləcəyini bildirib.
Türkiyə mediasında yayılan xəbərlərə əsasən, oyunu sloveniyalı FİFA hakimi Slavko Vinçiç idarə edəcək.
Qeyd: "Qalatasaray" - "Fənərbağça" matçı fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved