Leroy Sane “Qalatasaray”a doğru…
"Qalatasaray" "Bayern Münhen"in ulduz futbolçusu Leroy Sane ilə transfer danışıqlarında razılıq əldə etməyə yaxındır.
90plus.az xəbər verir ki, 29 yaşlı alman futbolçunun "Bayern Münhen"lə müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaq. "Qalatasaray" Sane ilə azad agent kimi müqavilə imzalamaq üçün ciddi addımlar atır.
Müqavilənin 3 mövsümlük olması və oyunçuya mövsümlük 11 milyon avro maaş verilməsi gözlənilir
Sane "Bayern Münhen"in təklif etdiyi yeni müqaviləni hələ qəbul etməyib və gələcəyi ilə bağlı qərar verməyib. O, həmçinin İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib.
Türkiyə təmsilçisi Sane ilə danışıqları davam etdirir və onun transferini reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edib.
Hazırda Sane "Bayern Münhen"lə FIFA Klubların Dünya Kubokuna hazırlaşır və transfer məsələsi ilə bağlı rəsmi açıqlama verməyib.
📰: Fabrizio Romano; Hürriyet; Foot Mercato
© Copyright 2026, All Rights Reserved