Merih Demiral Türkiyənin futbol tarixinə düşdü
Türkiyə milli komandasının üzvü Merih Demiral Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edərək böyük uğura imza atıb.
90plus.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi Asiya Çempionlar Liqasını qazanan ilk türk futbolçu olaraq tarixə düşüb.
Dəmiral final matçında Yaponiyanın "Kavasaki Frontale" komandasına qarşı bütün oyun boyu – 90 dəqiqə meydanda olub. Qarşılaşma "Əl-Əhli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: Merih Demiral daha öncə "Yuventus" komandasında çıxış edərkən İtaliya çempionluğu, ölkə kuboku və Superkubok titullarını da qazanıb.
© Copyright 2026, All Rights Reserved