Milli komandanın baş məşqçisi istefa verdi
Türkiyə U-19 millisi baş məşqçisi Sabri Sarıoğlu vəzifəsindən ayrıldığını açıqlayıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu qərarı şəxsi sosial media hesabında ictimaiyyətə çatdırıb.
Sabri Sarıoğlu paylaşımında bildirib:
“Mart 2023-dən bəri böyük qürur və fədakarlıqla yer aldığım U-19 Milli Komandanın baş məşqçi vəzifəsindən bu gündən etibarən Türkiyə Futbol Federasiyası ilə qarşılıqlı razılaşma əsasında ayrıldım.”
Keçmiş milliləşmiş futbolçu açıqlamasının davamında vurğulayıb:
“150-dən artıq dəfə ay-ulduzlu formanı geyinmiş biri olaraq, sonradan bu müqəddəs vəzifəni məşqçi kimi yerinə yetirmiş olmağın qürurunu ömrüm boyu daşıyacağam. İki ildən artıq müddətdə birlikdə çalışdığım komanda yoldaşlarıma və milli komanda heyətinə təşəkkür edirəm. Eyni zamanda bu uzun yolda ilk addımlarına şahidlik etdiyim və dəstək verdiyim gənc futbolçularımıza minnətdaram.”
Sabri Sarıoğlunun vəzifədən ayrılmasına səbəb kimi “Trabzonspor” U-19 və “Beşiktaş” U-19 komandalarındakı bəzi futbolçuları milliyə dəvət etməməsi göstərilir. Bu qərar futbol ictimaiyyəti tərəfindən ciddi tənqidlərə səbəb olmuşdu.
© Copyright 2026, All Rights Reserved