Millimizin üzvü Super Liqa iddialı klubda!
Azərbaycan milli futbol komandasının üzvü Coşqun Diniyev Türkiyədə yeni klubla müqavilə bağlayıb.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə Birinci Liqasında çıxış edən "Bandırmaspor"dan ayrılaraq eyni liqada mübarizə aparan "Çorum" klubuna transfer olunub.
30 yaşlı futbolçunun yeni komandası ilə 1,5 illik müqavilə imzaladığı qeyd olunur.
Hazırda "Çorum" komandası 23 oyundan topladığı 35 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Xatırlatma: Coşqun Diniyev bu mövsüm "Bandırmaspor"un heyətində 20 oyunda forma geyinib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Çorum Haber
© Copyright 2026, All Rights Reserved