Morata: “Hər şeyimi verməyə gəldim!”
"Qalatasaray"ın yeni transferi Alvaro Morata ürək sözlərini çatdırıb.
90plus.az xəbər verir ki, 32 yaşlı ispan hücumçu sevincək olduğunu gizlətməyib:
”Çox xoşbəxtəm. Çox əmək sərf olundu. Prezidentə, cənab Abdullah Kavukcuya və Qardiyə təşəkkür edirəm. "Qalatasaray"a gəldiyim üçün qürur duyuram.
Türkiyəyə gəlməyimin yeganə səbəbi "Qalatasaray" ola bilərdi. Mən formamı geyinmək üçün səbirsizlənirəm. Bura hər şeyimi verməyə gəldim!”.
”Qalatasaray” Alvaro Borja Morata Martin transferinin detallarını ictimaiyyətlə bölüşüb:
İcarə məbləği: 6 milyon avro;
2 fevral 2025 ➖ 20 yanvar 2026
Maaş: 6 milyon avro
Satınalma bəndi: 8 milyon avro
Qeyd 1: Əgər yanvara qədər satınalma bəndi aktiv edilməsə, oyunçunun icarə müddəti iyun ayına qədər ödənişsiz uzadılacaq.
Qeyd 2: Alvaro Morata "Milan"da bu mövsüm 25 rəsmi matça çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib. 32 yaşlı forvardın İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, "Cim-Bom"da icarə ilə oynayacaq.
© Copyright 2026, All Rights Reserved