Mourinyo Ceydon Sançonu pulgir sayıb tranferini blokladı
“Fənərbağça”nın Ceydon Sançonu transfer etmə planı Joze Mourinyonun müdaxiləsi ilə dayanıb.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq baş məşqçisi olan Mourinyo bir neçə gün əvvəl Sanço ilə danışıq aparıb. Lakin hazırda portuqaliyalı mütəxəssis futbolçunun peşəkarlığı və oyuna olan bağlılığı ilə bağlı narahatlıq keçirir. Mourinyo, həmçinin Sançonun Türkiyəyə keçidinin əsas səbəbinin maliyyə motivasiyalı olduğunu düşünür (📰: Fanatik).
Sançonun “Mançester Yunayted”də aldığı yüksək maaş onun klubdan ayrılmasına ən böyük maneədir. Seriya A təmsilçiləri “Napoli” və “Yuventus” “Yunayted”in tələblərini yerinə yetirə bilsələr də, futbolçunun maaşını qarşılamaq imkanında deyillər.
© Copyright 2026, All Rights Reserved