Mourinyo: "İkardi bir "GOAT"dır, ona görə susacam"
Mourinyo söz atmacalarından geri qalmayaraq gündəmə düşüb.
90plus.az xəbər verir ki, "Mauro İkardi'nin paylaşımları barədə nə düşünürsünüz? Derbidə "Special One" olduğunuzu göstərəcəksiniz? Və Avropada hədəfiniz nədir?", sualları üzərinə Joze Mourinyo "Hansılardır bu iki sual? İki sual seçməlisiniz?" cavabını verdi. Mətbuat nümayəndəsi isə İkardi və "Qalatasaray" derbisi haqqında suallara cavab istədi.
Buna cavab olaraq Mourinyo "Mən 'Special' olduğumu göstərdim. 25 il ərzində 26 kubok qazandım. Bir oyun mənim karyeramı müəyyənləşdirə bilməz. 25 illik karyeram mənim kim olduğumu müəyyən edir. İkardi bir 'GOAT'ıdır. O da çox böyük bir 'GOAT' olduğu üçün onun haqqında şərh etməyi üstün tutmuram, susub qəbul edirəm." dedi. (Qeyd: GOAT, 'Bütün zamanların ən yaxşısı' mənasını verir).
VİDEO: https://t.me/doxsanplus/97837
Bu da Mauro İkardinin paylaşımı:
© Copyright 2026, All Rights Reserved