Mourinyo: “Layiqli məğlubiyyət idi”
Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında öz evində "Reyncers"ə 1-3 hesabı ilə məğlub olan "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyo oyundan sonra mətbuat konfransına çıxıb.
90plus.az xəbər verir ki, "Xüsusi Biri" uduzmağa layiq olduqlarını deyib:
"Bu, layiqli məğlubiyyət idi. Onlar qələbəyə layiq idilər, çünki səhv etmədilər. Biz isə çoxlu səhvlər etdik. Öndə imkanlarımız oldu, amma qol vura bilmədik. Yarımmüdafiədə səhvlərimiz oldu. Bütün duelləri uduzduq.
Amma tur hələ bitməyib, 1-3 geridəyik. Daha bir 90 dəqiqəmiz qalıb".
Qeyd: Tərəflərin cavab matçı 13 mart gecəyarısı saat 00:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved