Mourinyo uzun suala “yuxuya getdi” VİDEO
Joze Mourinyo "Fənərbağça"nın "Reyncers"ə məğlubiyyətindən (1:3) sonra jurnalistin uzun sualından sonra yuxuya getdi.
90plus.az xəbər verir ki, Joze Mourinyo oyunçuların dəyişdirilməsi ilə bağlı uzun sualı dinləyərkən olduqca gərilir. Mourinyonun darıxdığını üz ifadəsi ilə açıq-aydın kameralarda görünərkən, sürpriz bir hərəkət də gəlib.
Portuqaliyalı məşqçi əlini başına qoyub və uzanan sualı dinləyərkən özünü yatmış kimi göstərib. Canlı yayımda əks olunan həmin anlar qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.
VİDEO: https://t.me/doxsanplus/99284
© Copyright 2026, All Rights Reserved