Muslera “Qalatasaray”dan gedir, 14 illik karyera bitir
38 yaşlı Fernando Muslera "Qalatasaray" ilə vidalaşır: 14 illik əfsanəvi karyera sona çatır.
90plus.az xəbər verir ki, urugvaylı qapıçı Fernando Muslera 14 illik "Qalatasaray" karyerasına nöqtə qoyur. 2011-ci ildə "Latsio"dan transfer olunan Muslera klubla 550 oyuna çıxaraq 8 Super Liqa, 5 Türkiyə Kuboku və 6 Superkubok daxil olmaqla ümumilikdə 19 titul qazanıb.
Muslera "Qalatasaray" tarixində ən çox oyun keçirən futbolçu olmaqla yanaşı, 2025-ci ilin mayında "Kayserispor" üzərində 3:0 hesablı qələbədə 89-cu dəqiqədə penaltidən qol vuraraq klubun 25-ci çempionluğunu rəsmiləşdirib.
Muslera: "Sabah “Qalatasaray” forması ilə son oyunuma çıxacağam. Qürur duyduğum 14 ildən sonra hər kəsə təşəkkür edirəm...”
"Bu klub mənim həyatımın klubudur. 14 il ərzində qazandığımız uğurlar və yaşadığımız anlar üçün hər kəsə təşəkkür edirəm".
"Qalatasaray"ın prezidenti Dursun Özbek Musleranın klubla əlaqəsinin davam edəcəyini və beynəlxalq layihələrdə iştirak edəcəyini açıqlayıb.
Muslera gələcək karyerası ilə bağlı dəqiq qərar verməsə də, ölkəsi Uruqvayda "Nacional" və "Penarol" klubları ilə əlaqə saxladığını bildirib.
📰: TalkSPORT; Diario AS; Cumhuriyet
© Copyright 2026, All Rights Reserved