Musleradan Mourinyoya sərt cavab
”Qalatasaray”ın kapitanı Fernando Muslera Mourinyonun sözlərinə reaksiya verib.
90plus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı ötən müsahibələrin birində, "Belə bilsəydim, bu liqaya gelmezdim", demişdi. Onun üzərinə Muslera Mourinyoya cavab verib:
“14 ildə 17 kubok qazandım. Bunu məndən başqa heç kim etmədi. Türk futboluna verdiyim töhfəni heç kim etmədi.
4 ay əvvəl bura gələn məşqçi türk futbolunu tənqid edir. İstəmirsə, gedə bilər. Heç kim ona heç nə demir”.
© Copyright 2026, All Rights Reserved